29 iyun 2024 13:42
172

Cənubi Koreya, ABŞ və Yaponiya ilk üçtərəfli təlimi başa vurub

Birləşmiş Qərargah Rəisləri (JCS), Cənubi Koreya, ABŞ və Yaponiyanın ilk üçtərəfli çoxtərəfli hərbi təlimini şənbə günü günortadan sonra başa çatdırıb.

“İki sahil” “Yonhap”a istinadla xəbər verir ki, üç ölkə Şimali Koreyanın təhdidlərinə qarşı çəkindirici qüvvələrini gücləndirməyə çalışır.

“Freedom Edge” adlı üç günlük təlim Cümə axşamı Cənubi Koreyanın Jeju adasından cənubda beynəlxalq sularda başlayıb. Üç ölkənin müdafiə nazirləri prezidentlərin keçən ilki razılığına uyğun olaraq bu təlimləri iyunun əvvəlində başlamağa razılaşmışdılar.

Təlimlərə üç tərəfdən müxtəlif döyüş gəmiləri və təyyarələri, o cümlədən ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Theodore Roosevelt” aviadaşıyıcısı, Cənubun “ROKS Seoae Ryu Seong-ryong” esminesi və Yaponiyanın “JS Ise” helikopter esminesi səfərbər edilib.

“Freedom Edge ilə Cənubi Koreya, ABŞ və Yaponiya Şimali Koreyanın nüvə və raket təhdidlərinə qarşı çəkindirmə və cavab tədbirlərini gücləndirdi. Üç ölkənin ilk dəfə birlikdə kibertəlim keçirməsi də əlamətdar idi”, - JCS-in bəyanatında deyilir.

Üç ölkə əvvəllər birgə dəniz və hava təlimlərini keçirsələr də, Freedom Edge hava, dəniz, sualtı və kiber daxil olmaqla bir çox sahədə keçirilən ilk üçtərəfli təlim idi.

Məhərrəm Ağalaroğlu, “İki sahil”