29 iyun 2024 13:53
144

Avropa İttifaqı Belarusa sanksiya tətbiq edib

Avropa İttifaqı Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyaların bəzilərini Belarusa tətbiq edib.

“İki sahil” xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.

Məlumata görə, Belarusdan qızıl, almaz, helium, kömür və mineral məhsullar, xam neft idxalı qadağan edilib.

Qeyd edilib ki, Belarusa tətbiq edilmiş saksiya Rusiyaya qarşı artıq qüvvədə olan bəzi məhdudlaşdırıcı tədbirlərin genişləndirilməsinə və bununla da Rusiya və Belarus iqtisadiyyatları arasında mövcud olan yüksək dərəcədə inteqrasiyadan irəli gələn sanksiyalardan yayınma problemini həll etməyə yönəlib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”