29 iyun 2024 14:23
467

Şamaxıda yük maşını dərəyə aşıb

Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunda yük maşını dərəyə aşıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Report" məlumat yayıb.

Qeyd edilib ki, Kürdəmirdən Şamaxı istiqamətində hərəkətdə olan yük avtomobili yoldan çıxaraq aşıb, daha sonra dərəyə yuvarlanıb. Qəza nəticəsində yük avtomobili yararsız vəziyyətə düşüb və içərisində olan qarpızlar yola dağılıb.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü, 2002-ci il təvəllüdlü İdris Elçin oğlu Həsənov və sərnişini, 1969-cu il təvəllüdlü Elman Ağaqulu oğlu Yusifov Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.