29 iyun 2024 14:41
179

Koreya – Çin – Qazaxıstan – Özbəkistan marşrutu üzrə pilot qatar yola düşüb

Lianyunqanq limanındakı Qazaxıstan-Çin logistika terminalında Koreya – Çin – Qazaxıstan – Özbəkistan marşrutu üzrə pilot qatarın yola salınması ilə bağlı rəsmi mərasim keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan dəmir yolu şirkətinin “Qazaxıstan Temir Yolu” ASC-nin mətbuat xidməti məlumat yayıb.

Tədbirdə hər dörd ölkənin dəmir yolu administrasiyalarının nümayəndələri iştirak ediblər.

Avtomobil ehtiyat hissələri ilə yüklənmiş qatar 7 min km məsafə qət edib.

Qeyd edilir ki, pilot qatarın fəaliyyətə başlaması ölkələr arasında iqtisadi qarşılıqlı əlaqə və multimodal nəqliyyatın inkişafı üçün yeni yollar açacaq.

Məhərrəm Ağalaroğlu, “İki sahil”