29 iyun 2024 14:56
158

Siciliyada 42 dərəcə isti olacaq

Gələn həftə sonu İtaliyada isti olacaq.

“İki sahil” xəbər verir ki, Siciliyada temperaturun maksimum 42°C-yə çatacağı gözlənilir.

İtaliyaya isti dalğası gəlib. Sinoptiklər bu həftə sonu şimalda 34°C, ölkənin mərkəzində 35°C, cənubda 40°C isti olacağını proqnozlaşdırırlar.

Ən yüksək temperaturun Siciliyada olacağı proqnozlaşdırılıb: 42°C-yə qədər isti olacaq.

Məhərrəm Ağalaroğlu, “İki sahil”