29 iyun 2024 15:30
157

Moldovanın Sosialistlər Partiyası Rusiya ilə münasibətlərin pozmasına qarşıdır

Müxalifətdə olan Moldova Respublikasının Sosialistlər Partiyası (PSRM) prezident Maya Sandu və hakim Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) Rusiya Federasiyası ilə münasibətləri pozmaq kursunun əleyhinədir.

“İki sahil” xəbər verir ki, bu barədə partiyanın yaranmasının 27-ci ildönümü ilə bağlı “Teleqram” kanalında dərc olunmuş müraciətdə bildirilib.

“Biz xalqımızın tarixi yaddaşına sadiqik. Moldovanın tarixinin saxtalaşdırılmasına, strateji tərəfdaşlarla, o cümlədən Rusiya Federasiyası ilə əməkdaşlıq əlaqələrinin korlanmasına, ölkəmizin inkişafına ciddi ziyan vuran hərəkətlərə qarşıyıq”, - qeyd edilib.

Bildirilib ki, partiyanın əsas məqsədi Moldovanın dövlətçiliyinin, suverenliyinin və neytrallığının qorunub saxlanılması, möhkəmləndirilməsi, Moldova dövlətinin maraqlarına uyğun xarici siyasət, ailə və ənənəvi dəyərlərin qorunmasıdır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”