29 iyun 2024 16:15
158

Kuleba: Ukrayna yeni müharibənin mümkünsüz olacağı reallıq yaratmalıdır

Ukrayna sadəcə sərhədləri bərpa etməli və Rusiyanı məsuliyyətə cəlb etməməli, həm də yeni müharibəni mümkünsüz edən reallıq yaratmalıdır.

“İki sahil” xəbər verir ki, bunu xarici işlər naziri Dmitri Kuleba deyib.

Xorvatiyada Dubrovnik Forumunda panel müzakirələrində çıxışı zamanı Kuleba vurğulayıb: "Öz yaxın tariximizdən, eləcə də digər regionların tarixindən bildiyimiz kimi, ədalətsiz sülh yeni müharibəyə gətirib çıxarır. Ona görə də məqsəd yalnız müharibəni bitirmək deyil, sülhün ədalətli və davamlı olduğu, yeni bir müharibənin mümkünsüz olacağı bir reallıq yaratmaqdır”.

XİN başçısı bu kontekstdə Sülh Sammitinin əsas rolunu qeyd qeyd edib və ədalətli sülhü bərpa edəcək həll yolları tapmaq üçün dünyanın hər yerindən olan ölkələrlə əlaqə saxlamağa davam edəcəyini vurğulayıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”