01 iyul 2024 19:40
530

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti bir sıra qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən bir sıra qərarlar qəbul edilib.

“İki sahil” xəbər verir ki,  Muxtar respublikanın Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, iyulun 1-də “Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilib. Bundan başqa, “Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” təsdiq olunub. Həmçinin “Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2005-ci il 16 sentyabr tarixli Qərarı ləğv edilib.