Son günlər bölgələrdə müşahidə olunan qeyri-sabit və yağmurlu hava şəraitindən sonra ölkə ərazisinin bəzi yerlərində ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur.
“İki sahil” xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin sədri Əli Əliyev bildirib.
O qeyd edib ki, yağan yağışlardan sonra şimal bölgəsində Xınalıq kəndindən 2 km şimal-şərqdə, İsmayıllı rayonunun Qoydan kəndində və Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu hissəsindən keçən 75-ci km-də sürüşmə və çökmə prosesləri qeydə alınıb.
Agentlik sədri vurğulayıb ki, hazırda qurumun əməkdaşları həmin ərazilərdə araşdırma və monitorinqləri davam etdirir.
Sabah paytaxtda və ölkənin bəzi rayonlarında elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq
Son bir ayda Dövlət Məşğulluq Agentliyi 1700-dək şəxsi peşə kurslarına cəlb edib
Sumqayıtda qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüş keçirilib