Əməkdar artist Züleyxa Hacıyeva 103 yaşında vəfat edib.
“İki sahil” xəbər verir ki, bu barədə AzTV-nin Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, o, 1979-cu ildə Azərbaycan SSR əməkdar artisti adına layiq görülüb. Azərbaycan televiziyasında diktorluq fəaliyyəti ilə yanaşı, Sovet dövründə idman ustası kimi tanınıb. 1941-ci ildə SSRİ idman ustası, 1941–1948-ci illərdə gimnastika üzrə 7 dəfə Azərbaycan çempionu olub. 2002-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdünə layiq görülüb. 1942-1992-ci illərdə Azərbaycan radiosunun diktoru olub. Azərbaycan radiosunda bir çox verilişlərin (Səhər gimnastikası, "Poeziya dəqiqələri", "Axşamınız xeyir" və s.), aparıcısı kimi yadda qalıb.
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib