BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreeva Bakıda olmasının üçüncü ildönümü münasibətilə paylaşım edib.
“İki sahil” xəbər verir ki, müvafiq paylaşım diplomatın "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.
“Fəaliyyətimin üç illiyini küləklər şəhəri olan Bakıda qeyd edirik. Heyrətamiz "Flame Towers" kompleksindən tarixi Köhnə Şəhərə qədər Şərq və Qərb burada birləşir. Yaşasın zəngin mədəniyyət, ləzzətli mətbəx və bu səyahəti unudulmaz edən qonaqpərvər insanlar”, - V.Andreeva qeyd edib.
Sabah paytaxtda və ölkənin bəzi rayonlarında elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq
Son bir ayda Dövlət Məşğulluq Agentliyi 1700-dək şəxsi peşə kurslarına cəlb edib
Sumqayıtda qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüş keçirilib