05 iyul 2024 08:53
447

Qazaxda maşın maneəyə çırpılıb

Qazaxda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, maşının maneəyə çırpılması nəticəsində 1966-cı il təvəllüdlü N.Nuruyeva ilə 2009-cü il təvəllüdlü Ş.Nəbiyeva xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.