05 iyul 2024 09:04
625

Salyanda avtoqəzada 3 nəfər xəsarət alıb

Salyanda iki avtomobilin toqquşması nəticəsində Cəlilabad rayon sakinləri, Rəşidov Zaur Zaman oğlu, 1993-cü il təvəllüdlü Pirverdiyeva Rüfanə Pirverdi qızı və 2021-ci il təvəllüdlü Pirverdiyeva Tehranə Zaur qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

“İki sahil” xəbər verir ki, xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.