05 iyul 2024 09:09
379

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur

Bakı şəhəri və Abşeron yarımadasının atmosfer havasında sinoptik şəraitlə əlaqədar gecə saatlarından başlayaraq toz müşahidə olunur.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova "Report"a bildirib.

Onun sözlərinə görə, avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən hazırda havada tozun miqdarı normadan 1.2- 1.4 dəfə artıqdır.

Tozlu hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir.