05 iyul 2024 11:28
408

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən sərnişin daşınması 3 % artıb

Bu ilin I yarısında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 1 milyon 4 min 277 sərnişin daşınıb.

"İki sahil"ə kompleksə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 % çoxdur.

"Kompleks iyunda imtiyazlı təbəqədən olan 43 sərnişini ödənişsiz biletlə təmin edib", - deyə məlumatda əlavə olunub.