05 iyul 2024 12:40
580

UNEC-dən filial və kolleclərlə birlikdə 7000-ə yaxın tələbə məzun olur

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) 2023/2024-cü tədris ilində filial və kolleclər də daxil olmaqla, 7000-ə yaxın tələbə məzun olur.

“İki sahil” xəbər verir ki,  UNEC-dən bildirilib ki, məzun olan bakalavr və magistrlərin sayı 5264 nəfərdir. Zaqatala filialından 186, Maliyyə-İqtisad Kolleci, Sosial-İqtisadi Kollec və Qida Sənayesi Kollecindən ümumilikdə 1500-dən çox tələbənin məzun olması proqnozlaşdırılır.

Bu il UNEC-in universitetdaxili ikili diplom proqramından 6 tələbə, Fransanın Monpelye Universiteti ilə ikili diplom proqramından isə 10 tələbə məzun olub.