Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə etməkdə şübhəli bilinən sürücü həbs olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan “İki sahil”ə verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı idarə etdiyi "VAZ" markalı nəqliyyat vasitəsi ilə yol-hərəkəti qaydalarını pozan sürücü Elməddin Qasımov saxlanılıb.
Araşdırmalarla sürücünün narkotik vasitənin təsiri altında olduğu və analoji əməli il ərzində ikinci dəfə törətdiyi müəyyən edilib.
E.Qasımov barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən onun sürücülük hüququ 1 il 2 ay müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Azər Məmmədov: Erkən xəbərdarlıq, erkən diaqnostika və operativ müdaxilə vahid sistem kimi işləməlidir
Süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxslər ifşa olunub