Milli Məclisin deputatı Xanlar Fətiyev seçildiyi 98 saylı Bərdə–Tərtər seçki dairəsi üzrə vətəndaşlarla növbəti qəbul-görüşünü keçirib. Qəbul Bərdə rayonunun Əlyanlı kəndində və Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının inzibati binasında keçirilib.
“İki sahil” xəbər verir ki, qəbul-görüşdə vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən sosial və məişət məsələləri ilə bağlı müzakirələr aparılıb. Qaldırılan problemlərin bir qisminin yerindəcə həlli üçün müvafiq addımlar atılıb, digər müraciətlər isə nəzarətə götürülüb.
Millət vəkili vətəndaşların müraciəti ilə bağlı Əlyanlı kənd məktəbinə baxış keçirib, problemlərin həlli istiqamətində müəyyən addımlar atılıb.
Qəbul-görüsdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya iştirak edib.
Vətəndaşlar keçirilən qəbul-görüşdən razı qaldıqlarını bildirərək, ölkədə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi inkişafa görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Azər Məmmədov: Erkən xəbərdarlıq, erkən diaqnostika və operativ müdaxilə vahid sistem kimi işləməlidir
Süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxslər ifşa olunub