09 iyul 2024 10:09
357

Oğuzda aptek yanıb

Oğuz rayonunun Kərimli kəndində aptek yanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Oğuz rayonunun Kərimli kəndində bir dam altında tikilən ümumi sahəsi 170 m² olan müxtəlif təyinatlı obyeklərdən (aptek, baytarlıq apteki və geyim mağazası kimi fəaliyyət göstərir) sahəsi 50 m² olan aptekin lambirdən ibarət tavanı əriyib və piştaxtalara yığılan dərman məhsulları qismən yanıb.

Aptekin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.