Azərbaycan cüdoçusu Elcan Hacıyev “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
“İki sahil” xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda Türkiyə təmsilçisi Mixail Zqankı sınağa çəkib.
Rəqibinə qızıl xal bölümündə vaza-ari ilə qalib gələn Avropa çempionumuz 1/8 finala yüksəlib.
Qeyd edək ki, Paris Olimpiadasında Azərbaycan cüdoçularından hələlik yalnız Hidayət Heydərov (73 kiloqram) medal qazanıb. İdmançı Olimpiya çempionu olub.
Respublika Olimpiya İdman Liseyinin əsaslı təmirdən sonra yenilənmiş cüdo zalının açılışı olub
Çempionlar Liqası: “Fənərbağça” İngiltərə səfərində, “Mançester Siti” PSJ-yə qarşı