11 avqust 2024 08:04
738

Keşiş cücəni payızda da saya bilməyəcək

Bu gün Ermənistanda revanşistlər iş başındadırlar. Şübhəsiz, bu məsələdə Qərbin, o cümlədən ABŞ-ın təcavüzkar ölkəni həm silahlandırması, həm də maliyyələşdirməsi, bir sözlə, şirnikləndirməsi əsas rol oynayır. Odur ki, revanşistlər maksimum dərəcədə təbliğat və təşviqat aparırlar ki, hayları yenidən Azərbaycana qarşı qaldırsınlar. Bu məsələdə Erməni apostol kilsəsinin Tavuş ye­parxiyasının rəhbəri, “Vətən naminə Tavuş” adlı qondarma hərəkat yaradan arxiyepiskop Baqrat Qalstanyan daha çox canfəşanlıq edir. Hətta o, kəndbəkənd gəzərək hayları müharibəyə sürükləməkdə davam edir.

 Amma sadə ermənilər onu susdurmağa çalışırlar. Belə ki, avqustun 10-da Sayat-Nova kəndində görüş keçirərkən sakinlərdən biri ona deyib ki, bura niyə gəlmisən, camaatdan nə istəyirsən, qoy rahat yaşasınlar da: “Yoxsa artıq sizə yuxarıdan göstəriş veriblər?”  Şübhəsiz, həmin sakin “yuxarıdan” dedikdə Ermənistanı fəlakətə sürükləyən Fransanı və digər olkələri nəzərdə tutub. Bununla da həmin sakin əgər belə demək mümkünsə, Baqrata "qırmızı kart"  göstərib. Bu sualın cavabında Baqrat sadəcə erməni xislətinə cavab verməklə vəziyyətdən çıxmağa çalışıb. Amma əksər erməni mətbuatı həmin görüşdə belə bir halın yaşanmamasını ört-basdır etməkdədir.

Xatırladaq ki, “mübarizə yalnız özü və onun bütün iştirakçıları ölən­də bitəcək” deyən Baqrat Qalstanyan hayları sentyabr ayının əvvəlində Ermənistan hakimiyyətinə qarşı,  daha doğrusu,  Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyalarının bərpasına hazırlayır. Şübhəsiz, o, təşkil etdiyi aksiyalarda Azərbaycan əleyhinə da qəbuledilməz ifadələr işlədir. Məsələn, o, artıq tarixin zibilliyinə göndərilmiş “artsax”dan danışır, yaxud da delimitasiya və demarkasiya proselərinə kölgə salmağa çalışır.

Ermənistanda da B. Qalstanyanın yazda olduğu kimi payızda da uğursuzlu­ğa düçar olacağına inananların sayı çox­luq təşkil edir. Sadə erməni xalqı yaxşı başa düşür ki, onlara qan udduran Qarabağ klanının, keçmiş prezidentlər Ro­bert Koçaryan və Serj Sarkisyanın da dəstəklədikləri bu hərəkat ölkəni fəlakətə sürükləyir. Yeri gəlmişkən,  Qalstanyanın Koçaryanla həddindən artıq yaxın əlaqələri olduğu da üzə çıxıb.  Bu mənada demək olar ki, o, Koçaryanın əlində sadəcə bir marionetdir.

Şübhəsiz,  əgər aksiyaçılar uğurlu nəticələnərsə, o zaman keşiş müvəqqəti hökumətin başçısı olacaq. Sonra isə seçkilər keçirilməlidir. Seçkilərdə Qarabağ klanının yenidən hakimiyyəti qəsb edəcəyi ehtimalı çox böyükdür. Bundan ehtiyat edən haylar bəri başdan Baq­rata birmənalı şəkildə “yox!” deyirlər. Çünki  Ermənistanda Koçaryanın, Sarkisyanın hakimiyyət dövrləri hələ də unudul­mayıb və ağlı başında olan heç kəs onun hakimiyyətinin bərpasını istəmir.  Həmin illər onlar erməni xalqına böyük fəlakətlər gətirib, onu məh­rumiyyətlərə düçar edib. Bir sözlə, əhalinin böyük əksəriyyəti yeni müharibənin daha böyük fəlakət vəd etdiyini başa düşür. Buna görə də onlar hazırkı baş nazir Paşinyanı dəstəkləyirlər.

Elə Sayat-Nova kəndində görüş keçirərkən sakinlərdən birinin dediyi sözlər də bunu bir daha təsdiq edir. Yeri gəlmişkən qeyd edək ki, Baqrat digər kənd və qəsəblərdə də bunu oxşar aqibətlə rastlaşıb. Bir məsələn də vurğulayaq ki, Qalstanyan isə bir neçə ay öncə demək olar ki, bütün Er­mənistanı gəzib-dolaşıb, hətta paytaxtda mitinqlər keçirib, lakin Paşinyan hökuməti haqqında zərrə qədər də mənfi təəssürat yarada bilməyib. Şübhəsiz, bu da xalqın Paşinyana olan etimadından xəbər verir. Bu mənda Baqratın növbəti kütləvi aksiyalarda hansısa nəticəyə nail olacağı xam xəyaldır. Daha doğrusu, Ermənistanda radikal müxa­lifətin hakimiyyəti yenidən ələ ke­çirmək imkanı sıfıra bərabərdir.  Bütün bunlar isə o  deməkdir ki, Baqrat cücəni heç payızda da saya bilməyəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”