11 avqust 2024 13:10
762

Marginal, uğursuz erməni radikal millətçisi… - ŞƏRH

Fran­sanın Prezidenti Emmanuel Makron və onun  komandası artıq bir neçə ildir ki, Azərbaycana qarşı sistemli təbliğatını davam etdirir.  Bu da Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsinin, işğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı abadlıq-qurucluq işləri aparmasının, bölgədə söz sahibi olmasının, müstəqil siyasət yürütməsinin Fransa rəsmilərinin yuxularını ərşə çəkməsindən irəli gəlir.

Lakin Fransa rəsmilərinin içərisində bəziləri vardır ki, onların davranışları bütün əndazələri aşır. Onlardan biri də özlərinin yeni koloniyaları kimi hədəflədikləri Hayastanın mövqeyini ermənidən betər ifadə edən Fransanın sözügedən ölkədəki  səfiri, azərbaycanofob, islamofob Olivye Dekotinidir. Belə ki, o, informasiya məkanında tamamilə qeyri-adekvat davranır və diplomatiyanın prinsiplərinə, etiketə və ümumi əxlaq normalarına uyğun olmayan, uşaqcasına hərəkətləri ilə yeri gəldi-gəlmədi Azərbaycana replikalar atır. Bu şəxsin ümumiyyətlə hansı vəzifəni daşıdığını dərk etdiyi şübhə doğurur. Qərbi Azərbaycan İcmasının bəyanatında deyildiyi kimi, ciddi diplomatik ənənələrə malik böyük dövlət olduğunu iddia edən Fransanın səfiri titulunu daşıyan şəxs özünü marginal, uğursuz erməni radikal millətçisi kimi aparır: “Fransa səfirinin bu davranışı nəinki bu dövlətin keçmiş diplomatik ənənələrindən uzaqlaşdığını, eyni zamanda bu ölkənin dövlət idarəetməsinin cılız, acınacaqlı duruma düşdüyünü göstərir”. Elə bu kimi səbəblərdən Qərbi Azərbaycan İcması Fransa hökumətindən nifrətə və irqi ayrı-seçkiliyə əsaslanan siyasətdən əl çəkməyi, rasional davranış sərgiləməyi və diplomatik normaların minimal tələblərinə əməl etməyi tələb edib.

Bəli, bu “səfir” artıq neçənci dəfədir ki, bütün diplomatik əndazələri aşır. Əgər xatırlayırsınızsa, özünü səfir kimi deyil, revanşist-separatçı kimi aparan, Qarabağ bölgəsindən köçüb könüllü köçüb getmiş ermənilərin “təəssüb”ünü çəkən Olivye Dekotini bir müddət öncə “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində utanıb-qızarmadan heç bir fakta əsaslanmdan Azərbaycanın guya Ermənistan ərazilərini işğal atlında saxladığını və hücum niyyətində olduğunu iddia etmişdi. Şübhəsiz, bütün bunlar onun   öz postunda səlahiyyətləri daxilində olan işlərlə deyil, ancaq və ancaq dezinformasiya ilə məşğul olmasından xəbər verir. Bunu isə heç bir normal səfirə yaraşan hərəkət kimi dəyərləndirmək olmaz. Halbuki, həmin səfir bilməmiş deyil ki, Azərbaycan indiyədək heç bir ölkənin ərazisini işğal etməyib və belə bir fikrə də düşməyib. O, həmçinin bilməmiş deyil ki, Ermənistandan zor ilə qovulmuş azərbaycanllılardan fərql olaraq, erməni əsilli şəxslər Qarabağ bölgəsini öz istəkləri ilə tərk ediblər. Amma o bütün bunlar əsla dilə gətirmir. Şübhəsiz, etnik və dini təəssübkeşlik, Azərbaycanofobiya, islamofobiya, şarlatanlıq, eləcə də erməni diasporundan asılılıq ona bu həqiqətləri söyləməyə imkan vermir.

Görünür, Olivye Dekotini olduqca anormal bir varlıqdır ki, bu şəkildə sayıqlayır. Halbuki, hazırda görünən odur ki, Ermənistanı sürətlə silahlandıran Fransa öz maraqları naminə bu təcavüzkar ölkəni Azərbaycana qarşı müharibəyə sürükləyir. Bu məqamda bir məsələni da vurğulayaq. Olivye Dekotini bu sayıqlamaları ilə Azərbaycana qarşı qərəzli mövqe tutan, həmişə təcavüzkar Ermənistanı dəstəkləyən Fransa Prezidenti Emmanuel Makrona olan sadiqliyini nümayiş etdirir. Elə onun səsləndirdiyi iddiaların Makronun  sarsaqlamaları ilə üst-üstə düşməsi bunu bir daha təsdid edir.

Amma bu, bir həqiqətdir ki, indiyədək Fransanın rəsmilərinin, o  cümlədən Makronun bütün cəhdləri, həmçinin BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qəbul etdirmək istədiyi qətnamələr  iflasa uğrayıb. Görünür, fransız “səfir” ölkəsinin, eləcə də Ermənistanın bütün uğursuzluqlarının acığını və qəzəbini düşük sarsaqlamaları ilə çıxmağa çalışır. Amma onun da bu niyyəti ürəyində qalacaq. Başqa sözlə desək, hazırda özünün ən pis dönəmini yaşayan,  Afrikada mövqeyi əhəmiyyətli dərəcədə zəifləyən, artıq yalanlar, böhtanlar ölkəsinə çevrilən, elə bu kimi səbəblərdən XXXIII Yay Olimpiya Oyunlarının normal keçirə bilməyən  Fransanın hansısa diplomatının gülüş do­ğuran açıqlamaları Azərbaycanı heç zaman haqq yolundan çəkindirə bilməyəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”