22 avqust 2024 16:23
432

“Milli Məclisə seçkilərdə qadınların fəallığının yüksəldilməsi” mövzusunda görüşlər davam etdirilir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Bərabər İnkişaf Naminə” Koalisiyanın müraciətinə əsasən, Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıq çərçivəsində Bakı şəhərində və regionlarda “Milli Məclisə seçkilərdə qadınların fəallığının yüksəldilməsi” mövzusunda görüşlər davam etdirilir.

Komitədən "İki sahil"ə bildirilib ki, bu istiqamətdə növbəti görüşlər Bakı şəhərinin Xəzər rayonunda və Bərdə rayonunda baş tutub.

Görüşlərdə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, “Bərabər İnkişaf Naminə” Koalisiyanın rəhbəri, Gender və İqtisadiyyat İctimai Birliyinin sədri Təranə Kərimova və Koalisiyanın üzvləri -“Gənc Demokratlar” İnstitutunun sədri, politoloq Yeganə Hacıyeva, “Kamillik” Cəmiyyətinin sədri Əsmətxanım Məmmədova, həmçinin yerli icma və bələdiyyə üzvləri iştirak ediblər.

Qeyd edək ki, Bakı şəhərini və regionları əhatə edəcək görüşlər avqust ayının sonunadək keçiriləcək.