Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.
“İki sahil” xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib.
Türkiyə “Qalatasaray”ı İsveçrə “Yanq Boyz”u ilə bu dəfə İstanbulda qarşılaşıb. Görüşdə "Yanq Boyz" 0:1 hesablı qələbə qazanıb. Bu komandalar arasında ilk oyunda "Yanq Boyz" 3:2 hesabı ilə qalib gəlmişdi. İsveçrə klubu ümumilikdə 4:2 hesablı qələbə ilə liqa mərhələsinə vəsiqə qazanıb. "Qalatasaray" isə yoluna Avropa Liqasının liqa mərhələsində davam etməli olacaq.
Həmçinin bu gün "Sparta" və "Zalsburq" da əsas mərhələyə vəsiqə qazanıb.
UEFA Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları
27 avqust
23:00. "Qalatasaray" (Türkiyə) – "Yanq Boyz" (İsveçrə) - 0:1
Qol: Vircinius, 87
Qırmızı vərəqə: Fernando Muslera, 88 ("Qalatasaray")
İlk oyun 2:3
23:00. "Zalsburq" (Avstriya) – "Dinamo" (Kiyev, Ukrayna) - 1:1
Qollar: Daqim, 12 - Vanat, 29
İlk oyun 2:0
23:00. "Sparta" (Praqa, Çexiya) – "Malmo" (İsveç) - 2:0
Qollar: Haraslin, 80-pen; Rrahmani, 83
İlk oyun 2:0
Avropa Atletikasına üzv federasiyaların rəhbər şəxslərinin konfransı işini yekunlaşdırıb
Fərid Qayıbov Dünya Kapoeyra Federasiyasının prezidenti Rodriqo Furbino Qomes ilə görüşüb.