Azərbaycan-Rusiya sərhədində yerləşən “Samur” gömrük postunda 45 avtomobil gözləyir.
"İki sahil” bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, "Mazımqara" gömrük postunda 10, "Biləsuvar" gömrük postunda 20, "Astara" gömrük postunda isə 18 yük maşını var.
Bildirilir ki, Azərbaycan-Rusiya sərhədində yerləşən “Xanoba” gömrük postunda və Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Qırmızı körpü" gömrük postunda gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan yük avtomobili yoxdur.
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
BP "Mərkəzi Azəri" platformasında qazın yenidən laylara vurulma gücünü artırıb
Azərbaycanın turizm potensialı Brüsseldə keçirilən beynəlxalq sammitdə təqdim olunub