Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında COP29 çərçivəsində tərəfdaşlıq müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“EBRD Türkiyə və Qafqaz üzrə yeni idarəedici direktoru Elizabeta Falçettiyə fəaliyyətində uğurlar arzulayırıq. Xanım Falçetti ilə keçirdiyimiz görüşdə Azərbaycan – EBRD əməkdaşlığının prioritetləri, potensial layihələr və COP29 çərçivəsində tərəfdaşlıq barədə danışdıq", - deyə o qeyd edib.
Avropa Yenidənqurma və İnkişaf Bankının (#AYİB) (@ebrd) Türkiyə və Qafqaz üzrə yeni idarəedici direktoru Elizabeta Falçettiyə (@bettafalcetti) fəaliyyətində uğurlar arzulayırıq. Xanım Falçetti ilə keçirdiyimiz görüşdə Azərbaycan - AYİB əməkdaşlığının prioritetləri, potensial… pic.twitter.com/Dfd3rVCPzm
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 11, 2024
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
BP "Mərkəzi Azəri" platformasında qazın yenidən laylara vurulma gücünü artırıb
Azərbaycanın turizm potensialı Brüsseldə keçirilən beynəlxalq sammitdə təqdim olunub