Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 249 min manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə isə 48,2 % çoxdur.
"İki sahil" bu barədə yerli İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, 8 ay ərzində 94 yeni icarə müqaviləsi bağlanılıb. Bunun 57-i qeyri-yaşayış sahələrinə, 37-ü isə torpaq sahələrinə aid olub.
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
BP "Mərkəzi Azəri" platformasında qazın yenidən laylara vurulma gücünü artırıb
Azərbaycanın turizm potensialı Brüsseldə keçirilən beynəlxalq sammitdə təqdim olunub