Bu ilin I yarısında Azərbaycanın idarə, müəssisə və təşkilatları 610 milyon ABŞ dolları portfel invetisiyası yatırıb.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Onun sözlərinə görə, qurumlar sərbəst vəsaitlərini yerli, eləcə də xarici qiymətli kağızlara yatırırlar ki, bu da gələcəkdə ölkəyə əlavə gəlirlərin daxil olması deməkdir.
Bundan başqa, S.Nədirov qeyd edib ki, 6 ayda idarə, müəssisə və təşkilatlar xarici borc öhdəliklərinin yerinə yetirilməsinə 700 milyon ABŞ dolları vəsait yönəldib.
"Hesabat dövründə ölkənin ümumi öhdəlikləri isə 1,3 milyard ABŞ dolları azalıb", - deyə AMB rəsmisi əlavə edib.
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
BP "Mərkəzi Azəri" platformasında qazın yenidən laylara vurulma gücünü artırıb
Azərbaycanın turizm potensialı Brüsseldə keçirilən beynəlxalq sammitdə təqdim olunub