Bu ilin I yarısında Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinin gəlirləri 112,4 milyon manat, xərcləri isə 191,7 milyon manat təşkil edib.
“İki sahil” xəbər verir ki, bu barədə Hesablama Palatasının yerli büdcənin parametrlərinin təhlili barədə yaydığı məlumatda bildirilir.
Sənədə əsasən, yanvar-iyun aylarında büdcə gəlirləri 130,4 %, xərcləri isə 78,3 % icra edilib.
Hesabat dövründə əksər mədaxil mənbələri üzrə faktiki icra məbləği təsdiq edilmiş proqnoz göstəricisindən çox olub, proqnozdan artıq icranın əsas mənbəyini yol vergisi, mənfəət vergisi və sair daxilolmalar təşkil edib.
Büdcə xərclərinin funskional təsnifatın bölmələri üzrə icra vəziyyətinin təhlili isə göstərir ki, bütün bölmələr üzrə icra edilmiş xərclərin məbləği dövr üçün proqnozlaşdırılmış göstəricilərdən aşağı olub.
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
BP "Mərkəzi Azəri" platformasında qazın yenidən laylara vurulma gücünü artırıb
Azərbaycanın turizm potensialı Brüsseldə keçirilən beynəlxalq sammitdə təqdim olunub