Bu ilin yanvar-avqust aylarında Azərbaycana 183 ölkədən 1 milyon 748 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 30,1 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 28,7 %-i Rusiya, 16,2 %-i Türkiyə, 9,2 %-i Hindistan, 8,1 %-i İran, 4,4 %-i Səudiyyə Ərəbistanı, 4,0 %-i Gürcüstan, 3,3 %-i Qazaxıstan, 2,8 %-i Pakistan, 1,8 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,7 %-i Özbəkistan, 1,5 %-i Çin, hər birindən 1,4 % olmaqla Küveyt və Ukrayna, hər birindən 1,2 % olmaqla İsrail, Türkmənistan və Oman, 1 %-i Belarus, 10,9 %-i digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 66,8 %-ni kişilər, 33,2 %-ni qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,4 dəfə, Cənubi Koreyadan - 2,2 dəfə, Çindən - 2 dəfə, İspaniyadan - 1,8 dəfə, Qırğızıstandan - 1,6 dəfə, Filippindən - 1,6 dəfə, Qazaxıstandan - 1,6 dəfə, Pakistandan - 1,5 dəfə, İordaniyadan - 1,5 dəfə, Omandan - 49,6 %, İrandan - 42,1 %, İtaliyadan - 35 %, Polşadan - 33,7 %, Səudiyyə Ərəbistanından - 31,4 %, Türkmənistandan - 30,3 %, Yəməndən - 28,1 %, Misirdən - 26,7 %, Küveytdən - 23,8 %, ABŞ-dan - 21,6 %, Özbəkistandan - 20,9 %, Ukraynadan - 18,9 %, Türkiyədən - 18,8 %, Almaniyadan - 18,6 %, Rusiyadan - 17,7 %, Fransadan - 12,6 %, Gürcüstandan - 10,9 %, Moldovadan - 10,9 %, Tacikistandan - 10,8 %, Bəhreyndən - 10,5 %, Birləşmiş Ərəb Əmirliklərindən - 10,1 % artıb.
Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 34,5 % artaraq 307,2 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 27,5 % artaraq 67,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,5 % artaraq 663,6 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,6 %-i hava, 23,2 %-i dəmir yolu və avtomobil, 1,2 %-i isə dəniz nəqliyyatından istifadə edib.
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
BP "Mərkəzi Azəri" platformasında qazın yenidən laylara vurulma gücünü artırıb
Azərbaycanın turizm potensialı Brüsseldə keçirilən beynəlxalq sammitdə təqdim olunub