Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb (video, foto)
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
“İki sahil” nazirliyə istinadən xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən rayonun “Kraz yolu” adlanan ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Şəmkir Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.
YAP Masallı rayon təşkilatı “Qüdrətli Azərbaycan” mövzusunda partiya veteranları ilə gənclərin görüşünü təşkil edib
Latviya nümayəndə heyəti Şuşa və Xankəndidə aparılan yenidənqurma işləri ilə tanış olublar
İşğaldan azad edilmiş ərazilərdə hazırda 75 mindən çox insan yaşayır, işləyir və təhsil alır