Bu ilin yanvar-avqust aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) emissiya etdiyi notların məbləği 45,6 % azalıb.
“İki sahil” xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.
"Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər, bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. AMB hökumət hesabları qalıqlarının dəyişiminin bank sistemindəki likvidliyə təsirini nəzərə alaraq sterilizasiya əməliyyatlarının ilin əvvəlindən həcmini kəskin azaldıb.
Avqust ayında 1 günlük təminatsız əməliyyatlar üzrə orta faiz (1D AZIR) 7,28 % olmaqla (iyulda 6,96 %) faiz dəhlizinin daxilində uçot dərəcəsinə yaxın formalaşıb. Ümumilikdə 1D AZIR indeksi ilə uçot dərəcəsi arasındakı fərq avqustda tarixi minimumuna enib. Avqustda iş günlərinin 59 %-də 1D AZIR indeksi ilə uçot dərəcəsi arasındakı spred 0,05 %-i (həm müsbət, həm də mənfi spred) keçməyib. Təminatsız bazarda 1 gün ərzində baş tutan əməliyyatların orta həcmi də avqust ayında maksimum həddə (534 milyon manat) çatıb", - deyə qurum bəyan edib.
Azərbaycanın nəqliyyat sektoru: 2021-2025-ci illər üzrə kompleks təhlilin nəticələri açıqlanıb
Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb
Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır