İsveçrədə fəaliyyət göstərən və dünyanın aparıcı gəmiçilik şirkəti sayılan "Mediterranean Shipping Company" (MSC) Azərbaycanda ofis açmağı planlaşdırır.
“İki sahil” xəbər verir ki, bunu şirkətin Gürcüstandakı törəməsinin ("MSC Georgia") idarəedici direktoru Alkan Alicik Bakıda "Qara dəniz və Xəzər dənizlərində beynəlxalq nəqliyyat dəhlizləri" mövzusunda keçirilən "Qara dəniz-Xəzər Logistika Forumu 2024" tədbirində bildirib.
"MSC Azərbaycanda fəaliyyətini genişləndirməyi planlaşdırır. Bu planın əsas elementlərindən biri ofis açmaqdır. Şirkətin Azərbaycan bazarına daxil olma qərarı ölkənin nəqliyyat-loqistika sahəsindəki strateji əhəmiyyəti, əlverişli coğrafi mövqeyi və inkişaf edən infrastrukturu ilə əlaqədardır", - deyə o vurğulayıb.
MSC rəsmisi qeyd edib ki, Avropa ilə Asiya arasında mühüm ticarət yollarının kəsişməsində yerləşən Azərbaycan nəqliyyat dəhlizlərinin, limanların və anbar güclərinin inkişafına fəal şəkildə sərmayə qoyur və bu da ölkəni qlobal loqistika oyunçuları üçün cəlbedici edir.
Azərbaycanın nəqliyyat sektoru: 2021-2025-ci illər üzrə kompleks təhlilin nəticələri açıqlanıb
Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb
Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır