"Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulması iqtisadi artıma və beynəlxalq əlaqələrin genişlənməsinə töhfə verəcək.
“İki sahil” xəbər verir ki, bunu "Özbəkistan Dəmir Yolları" SC-nin İdarə Heyətinin sədri Zufar Narzullayev Bakıda keçirilən "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısında bildirib.
"Özbəkistanda nəqliyyat-tranzit potensialının genişləndirilməsi məqsədilə bütün şərait yaradılır. Ölkədə dəmir yollarının inşası və modernləşdirilməsin istiqamətində addımlar atılır. Bundan başqa, Özbəkistanda inteqrasiya edilmiş logistika mərkəzləri yaradılır, bu sahədə hüquqi-normativ bazanın təkmilləşdirməsi ilə bağlı tədbirlər həyata keçirilir", - deyə o qeyd edib.
Qonaq əlavə edib ki, "Özbəkistan Dəmir Yolları" "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulmasını dəstəkləyir: "Çünki bu, marşrutda iştirak edən ölkələrin dəmiryol administrasiyaları arasında əlaqələri gücləndirəcək".
Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb
Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır