İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-avqust ayları ərzində daşınmaz əmlak üzərində 239.314 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Bu göstəricinin 39.148-i (16,3%) ilkin, 200.166-sı isə (83,7%) isə təkrar qeydiyyatın payına düşür.
Bu barədə “İki sahil”ə Dövlət Xidmətindən bildirilib.
Qeyd edilib ki, 2024-cü ilin ilk 8 ayında fərdi yaşayış və bağ evi üzərində - 39.536, mənzil üzərində - 55.172, torpaq sahəsi – 136.179, qeyri-yaşayış binası – 2.229, qeyri-yaşayış sahəsi – 5.636, əmlak kompleksi – 526, çoxmərtəbəli yaşayış binası üzərində isə 36 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 63.933-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.
Bu ilin yanvar-avqust ayları ərzində 177.937 texniki pasport tərtib edilib, 46.919 ipoteka müqaviləsi qeydiyyata alınıb.
Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb
Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır