Bu gün qlobal enerji bazarında etibarlı tərəfdaş olan Azərbaycan regional və beynəlxalq müstəvidə dayanıqlı inkişafa və enerji təhlükəsizliyinə töhfələr verir.
“İki sahil” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Ümummilli Lider Heydər Əliyevin siyasi qətiyyəti sayəsində imzalanmış və dövlətimizin iqtisadi suverenliyini əks etdirən "Əsrin müqaviləsi"nin 30 ili tamam olur. Yatırılan sərmayələrin həcminə görə dünyanın ən iri sazişləri sırasına aid edilən bu müqavilə ilə ölkəmizin iqtisadi inkişafının, iqtisadiyyatın şaxələndirilməsinin təməli qoyulub. Bu müstəsna nailiyyətlərlə qürur duyuruq”, - nazir qeyd edib.
#Ümummillilider Heydər Əliyevin siyasi qətiyyəti sayəsində imzalanmış və dövlətimizin #iqtisadi suverenliyini əks etdirən "Əsrin müqaviləsi"nin 30 ili tamam olur. Yatırılan sərmayələrin həcminə görə dünyanın ən iri sazişləri sırasına aid edilən bu müqavilə ilə ölkəmizin iqtisadi… pic.twitter.com/meGUp3Yuu3
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 20, 2024
"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,04 ABŞ dollar olub
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
BP "Mərkəzi Azəri" platformasında qazın yenidən laylara vurulma gücünü artırıb
Azərbaycanın turizm potensialı Brüsseldə keçirilən beynəlxalq sammitdə təqdim olunub