23 sentyabr 2024 11:33
76

Energetika naziri "Wind Energy Hamburg" tədbirində iştirak edəcək

Energetika naziri Pərviz Şahbazov Almaniyaya səfər edib. Nazir 24 sentyabr tarixində Hamburq şəhərində keçiriləcək "Wind Energy Hamburg" tədbirində iştirak edəcək.

“İki sahil” xəbər verir ki, tədbirdə Avropa ölkələrindən olan rəsmilər, “WindEurope”, “Nordex Group”, “Landwind Group”, “Enterprise Singapore” və külək enerjisi sahəsində fəaliyyət göstərən digər şirkətlərin nümayəndələrinin iştirakı gözlənilir. Energetika nazirinin tədbirin açılış sessiyasında “İnvestisiyalar və qlobal əməkdaşlıq” mövzusunda və “Enerji keçidi” adlı sessiyada “Azərbaycanın yaşıl enerji ixracı strategiyası” mövzusunda çıxışları nəzərdə tutulur.