23 sentyabr 2024 14:17
70

Avropada qazın qiyməti 405 dolları ötüb

Bu gün keçirilən hərraclar zaamnı Avropada qazın 1 000 kubmetrinin qiyməti 405 ABŞ dollarını ötüb.

“İki sahil” xəbər verir ki, 23 sentyabr tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə oktyabr fyuçerslərinin qiyməti 406 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (397,6 dollar) ilə müqayisədə 2,1% çoxdur.

Qeyd edək ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.