Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Yasamal rayonunun Nazim Hikmət küçəsindən Bakı Dairəvi Yoluna giriş-çıxış hissələrdə genişləndirmə işləri həyata keçirir.
“İki sahil” agentliyə istinadla xəbər verir ki, məqsəd sözügedən ərazidə nəqliyyat sıxlığının qarşısını almaq, avtonəqliyyat vasitələrinin hərəkət istiqamətlərinə uyğun dayanmadan dönüşünü təmin etməkdir.
Layihəyə əsasən hər iki istiqamət üzrə hazırda yol 2 hərəkət zolağı enində genişləndirilir, yeni yol yatağı və yol əsası inşa edilir. Ardınca asfaltlanma işlərinin icrası həyata keçiriləcək, vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkəti üçün genişlənmiş yolun kənarında piyada səkiləri inşa ediləcək.
Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur - Ramin Məmmədov
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb
Müasir məktəb idarəçiliyində geyim standartları: Dünyəvi təhsil modelinin tərkib hissəsi