23 sentyabr 2024 18:21
87

Bu ölkə sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında sazişi təsdiqləyib

Qazaxıstan "Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında saziş"ini ratifikasiya edib.

“İki sahil” Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, sənədi dövlət başçısı Kasım-Jomart Tokayev imzalayıb.

"Dövlət başçısı “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında Sazişin ratifikasiyası haqqında” Qazaxıstan Respublikasının qanununu imzalayıb", - məlumatda bildirilib.