23 sentyabr 2024 18:46
105

Abşeron dairəvi dəmir yolu xəttində ləğv edilmiş reyslər bərpa olunur

Abşeron dairəvi dəmir yolu xəttində ləğv edilmiş reyslər bərpa olunur.

“İki sahil” xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təmir işləri ilə əlaqədar olaraq 6 reys ləğv edilmişdi: "16 sentyabrdan ləğv edilmiş reyslərin 4-ü bərpa edilib. İki reys ilin sonuna qədər bərpa ediləcək".