24 sentyabr 2024 18:18
359

Yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək

2025-ci ildə Azərbaycanda əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək.

“İki sahil” Nazirlər Kabinetinə istinadla xəbər verir ki, bunu Baş nazir Əli Əsədov dövlət və icmal büdcələrinin layihələri ilə bağlı müzakirələrdə bildirib.

"Bütövlükdə bütün istiqamətlər üzrə sosialyönlü xərclər dövlət büdcəsi xərclərinin 43 %-ni təşkil edir", - deyə o qeyd edib.