Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 2024-cü ildə Azərbaycanın iqtisadi artım ilə bağlı proqnozunu may ayındakı 3,1 %-dən 3,8 %-ə yüksəldib.
“İki sahil” xəbər verir ki, bu barədə Bankın bu gün dərc edilmiş regional icmalında bildirilir. EBRD-nin Azərbaycanın 2025-ci il üçün ümumi daxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozu isə dəyişməyərək 2,7 % qalıb.
"Güclü dövlət investisiyaları və əhalinin real gəlirlərinin artması 2024-cü ilin I yarısında Azərbaycanın qeyri-neft ÜDM-nin davamlı artımını dəstəkləyib, neft-qaz sektoru isə Avropa bazarında tələbatın artmasından faydalanıb. Kreditləşmənin artımı daha da sürətlənərək 20 %-i ötüb, həm korporativ, həm də pərakəndə kreditləşmə yaxşı nəticələr göstərib", - bank vurğulayıb.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb