Bu il sentyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 473,1 milyon manat təşkil edib.
"İki sahil” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 4,3 % çoxdur.
Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 7,8 % artıb, son 1 ildə isə 11,45 % azalıb.
Sentyabrın 1-nə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət avqustun 1-nə də 1,7 %, ilin əvvəlinə 1,8 %, ötən il sentyabrın 1-nə isə 2,4 % olub.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb