İndiyədək Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri Azərbaycan iqtisadiyyatına 4 milyard ABŞ dollarına yaxın investisiya yatırıb.
“İki sahil” xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə Bakıda keçirilən Azərbaycan-KƏŞ üzv ölkələrinin 2-ci iqtisadi forumunda deyib.
O bildirib ki, Azərbaycan və KƏŞ üzv ölkələri arasında potensialdan tam istifadə olunmayıb və ölkələrin iqtisadi əməkdaşlığı üçün böyük perspektivlər var.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb