Qətər ilə Azərbaycan arasında əməkdaşlıq üçün perspektivli sahələr arasında enerji, nəqliyyat, turizm və aqrosənaye var.
“İki sahil” xəbər verir ki, bu barədə Qətər Ticarət və Sənaye Nazirliyinin katibi Məhəmməd bin Həsən Al Malki Bakıda İkinci Azərbaycan-Fars körfəzi İqtisadi Forumunda bildirib.
O, Azərbaycan və Fars körfəzi ölkələrində xalqların rifahının artmasına yönəlmiş əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Məhəmməd bin Həsən Al Malki Bakıda keçirilən bu forumun qeyd olunan sahələrdə əməkdaşlıq üçün yeni imkanlar açacağına əminliyini ifadə edib.
"Bu danışıqlar platforması təkcə tərəfdaşlığımızı sabitləşdirməyə deyil, həm də onu dəfələrlə artırmağa imkan verəcək. Əminəm ki, Bakıda aparılan danışıqlar zamanı əldə ediləcək razılaşmalar Azərbaycanla ticarətimizin səviyyəsini artıracaq", - o bildirib.