Azərbaycanda Milli Su Strategiyası hazırlanıb və Nazirlər Kabinetində təsdiq mərhələsindədir.
“İki sahil” xəbər verir ki, bunu Xəzər Su İnnovasiya Forumunda panel müzakirəsi zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Elm və İnnovasiyalar sektorunun müdiri Əliağa Əzizov deyib.
"İlk addım olaraq bu sahədə elm və innovasiya məsələsinə baxmalıyıq. İctimaiyyəti, tələbələri və müəssisələri cəlb edərək araşdırma aparmalıyıq. Bu sahədə kifayət qədər yerli ekspertimiz yoxdur. Ona görə də əlavə dəstəyə ehtiyacımız var. Bununla bağlı Niderland tərəfini də cəlb etməyə çalışırıq", - deyə o əlavə edib.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb