Niderland şirkətləri Azərbaycanda su və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi sahəsində fəaliyyət göstərə bilərlər.
“İki sahil” xəbər verir ki, bunu “Nijhuis Saur Industries” şirkətində regional satış meneceri Aleksander Xodakov Xəzər Su İnnovasiya Forumunda çıxışı zamanı bildirib.
“Bu kimi sahələrdə əməkdaşlıqda potensial görürük. Borularda su axıntıları bir çox ölkələr kimi Azərbaycada da yaşanır. Burada Niderland şirkətlərinin təklif etdiyi həllərlə bu problemin qarşısını almaq mümkündür”, - deyə o qeyd edib.
Satış meneceri Niderland şirkətlərinin Azərbaycandan öyrənəcəyi bir sıra istiqamətlərin də ola biləcəyini qeyd edib: “Abşeron çox fərqli iqlimə malikdir. Lakin burda aqrar sahədə istifadə edilən texnologiyalar maraqlıdır”.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb