Azərbaycanda karbon qiymətqoyma aləti olsa da, onlar hələ tam aktiv olaraq işlədilmir.
“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Xidmətin təşkilatçılığı ilə Bakıda keçirilən karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, bunu redizayn edərək ekoloji vergitutma ehtiyaclarına əsasən həm uyğunlaşdırma, həm də vergi yükü baxımından modifikasiya etməyə hazırıq: "Bu məsələlərdə qlobal çalışmalıyıq. Sahibkarlar, dövlət, QHT-lər və digərləri karbon qiymətqoymada simulyativ rol oynaya bilər. Bu, yaşıl iş yerlərinin yaradılmasına töhfə verə bilər."
O qeyd edib ki, biznes mühitinin yaradılması və vergiqoyma məsələləri vacibdir: "Bu əlavə müzakirələr üçün dəyərli mövzu olaraq qalır. Biz milli iqlim məqsədlərinə çatmaq üçün əlimizdən gələni edirik və etməyə davam edəcəyik".
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb