2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanda banklar cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 570.4 milyon manat faiz ödəyiblər.
"İki sahil” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 44.3% və ya 174.9 milyon manat artıb. 2023-cü ilin müvafiq dövründə banklar 395.2 milyon manat depozit faizi ödəmişdilər.
Qeyd edək ki, bu dövrdə müddətli depozitlər üzrə 489.5 milyon manat, tələbli depozitlər üzrə isə 80.9 milyon manat faiz ödənilib.
Xatırladaq ki, hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən 22 bank ümumilikdə 2 milyard 648.5 milyon manat faiz gəliri əldə ediblər.
İqtisadiyyat naziri “Vista Equity Partners” şirkətinin təsisçisi və sədri ilə görüşüb
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb